realazerbaijanadilile 9 Takipçi | 218 Takip
Kategorilerim

REAL AZƏRBAYCAN - ADİL İRŞADOĞLU

Diğer İçeriklerim (82)
Tüm içeriklerim
Takipçilerim (9)

Gülağa Məmmədov - Bakı gecələri ( music Ələkbər Tağıyev )

2013-12-30 21:10:00

ƏLƏKBƏR TAĞIYEV - TANINMIŞ AZƏRBAYCAN BƏSTƏKARI, HÜQUQŞÜNAS. Devamı

Zeynəb Xanlarova Söylə yadındamı music Ələkbər Tağıyev

2013-12-31 07:08:00

Zeynəb Xanlarova - Söylə yadındamı ( music: Ələkbər Tağıyev ) Devamı

Ələkbər Tağıyev - Sən gəlməz oldun

2013-12-30 21:04:00

REAL   AZƏRBAYCAN   ADİL   İLƏ... Devamı

ƏLƏKBƏR TAĞIYEV - tanınmış Azərbaycan bəstəkarı, hüquqşünas

2013-12-30 20:59:00
ƏLƏKBƏR TAĞIYEV - tanınmış Azərbaycan bəstəkarı, hüquqşünas |  görsel 1

Həyatı   Ələkbər Tağıyev öz işinin peşəkarı olan və dövrünün tanınmış hüquqşünaslarından olub. Gəncədə kasıb əkinçi ailəsində anadan olan Ələkbər Tağıyev ilk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. O, prokurorluq orqanlarında 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir müddətdə çalışmışdı. Ona tapşırılan bütün vəzifələrdə yüksək səriştə, dəqiqlik və obyektivlik nümayiş etdirən Ələkbər Tağıyev rəhbərlik, iş yoldaşları ilə yanaşı, sadə insanların da hörmətini, etimadını qazanmışdı. Bunun da nəticəsində, o, prokurorluq orqanlarında işlədiyi müddət ərzində SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunmuşdu. 1930-cu ildə ailə həyatı qurub və Gəncədə yaşayıb.   Mahnı müəllifi   Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan "Qonşu qız" mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı. İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", " Sənsən Həya... Devamı

Zeynəb Xanlarova - Anam Azərbaycan ( music: Ələkbər Tağıyev )

2013-12-30 20:49:00

REAL   AZƏRBAYCAN   ADİL   İLƏ... Devamı

Zeynəb Xanlarova - Ceyran ( Xalq mahnısı )

2013-12-30 20:28:00

XALQ MAHNISI "CEYRAN"- İFA EDİR AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ ZEYNƏB XANLAROVA. Devamı

AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ ZEYNƏB YƏHYA QIZI XANLAR

2013-12-30 19:43:00
AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ ZEYNƏB YƏHYA QIZI XANLAR |  görsel 1

Zeynəb Xanlarova   Xanlarova Zeynəb Yəhya qızı (d. 28 dekabr 1936, Bakı, Azərbaycan SSR, SSRİ) — müğənni, xanəndə, Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1985).   Həyatı   Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur[1]. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.   Təhsili   1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirmişdir.   Karyerası   1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq... Devamı

RAFİQ HÜSEYNLİ - SEVƏRƏM TƏZƏDƏN SƏNİ

2013-11-29 04:02:00

RAFİQ HÜSEYNLİ - SEVƏRƏM TƏZƏDƏN SƏNİ. Devamı

AZƏRBAYCANIN QƏDİM KİTABXANALARI

2013-11-14 04:25:00
AZƏRBAYCANIN QƏDİM KİTABXANALARI |  görsel 1

Azərbaycanda kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başlayıb. Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb.    İlk şəxsi kitabxanalar Bəhmənyarın Kitabxanası Azərbaycanda zəngin kitabxanaların yaranması bir sıra görkəmli şəxslərin adı ilə bağlı olmuşdur. Belə şəxslərdən biri İbn Sinanın tələbəsi, filosof Əbülhəsən Bəhmənyardır (993-1066). XI əsrdə ən gözəl kitabxanalardan biri Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Bu kitabxana qiymətli kitablarla zəngin olmuş və Bəhmənyar buranı alimlərin fikir mübadiləsi mərkəzinə çevirmişdir. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu. Bəhmənyarın məşhur “Təhsil kitabı” müəllifə yalnız Azərbaycanda deyil, bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin kitabxanasında saxlanılır. Əsərin ərəbcə əlyazma nüsxələri dünya... Devamı

Nəsrəddin Tusi (1201-1274)

2013-11-14 04:01:00
Nəsrəddin Tusi (1201-1274) |  görsel 1

Nəsrəddin Tusi (1201-1274) - Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində xüsusui rolu olan məşhur alim.  Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış "Seyyidəna" kitabxanasında müdir işləmişdir. N. Tusi Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura 400 mindən çox kitab toplamışdır. Çox təəssüf ki, Hülaki xandan sonra Bağdadı zəbt etmiş sərkərdələr, o cümlədən Teymurləng həmin kitablardan tonqal qalamışlar.  Fəzlullah Rəşidəddin (1247-1318)-XIII-XIV əsr Azərbaycan kitabxanaçılığının inkişafında müstəsna rolu olan şəxslərdən biri. F. Rəşidəddin Təbriz, Qazaniyyə və b. şəhərlərdə kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. 60 mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan «Rəşidiyyə» Universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar İran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi.  ... Devamı

Xətib Təbrizi (1030-1109)

2013-11-14 03:53:00
Xətib Təbrizi (1030-1109) |  görsel 1

Xətib Təbrizi (1030-1109) - Azərbaycan kitabxanaçılığının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri.  Xətib Təbrizinin Təbriz şəhərində zəngin şəxsi kitabxanası olmuşdur. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan Xətib Təbrizi  Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir. Devamı

Əbülhəsən Bəhmənyar (993-1066)

2013-11-13 17:45:00
Əbülhəsən Bəhmənyar (993-1066) |  görsel 1

Əbülhəsən Bəhmənyar (993-1066) - Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri, İbn Sinanın tələbəsi. XI əsr Azərbaycan kitabının ən böyük yaradıcısı Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu: "Təhsil kitabı", "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət kitabı", "Metafizika elminin mövzusu", "Mövcudatın mərtəbələrinə dair traktat" və s. "Təhsil kitabı" müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin (MŞM) kitabxanasında saxlanılır. Ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında (Beyrut, İstanbul, Qahirə, London, Vatikan) mühafizə edilən, səkkiz əsr dünyanı əlyazma halında dolaşan bu kitab ilk dəfə 1971-ci ildə Tehranda ərəb dilində nəşr olunmuşdur. Əsərin həcmi 900 səhifədir.  Devamı

KİTABÇILIQ

2013-11-14 03:42:00
KİTABÇILIQ |  görsel 1

Bütün dünyada, o cümlədən Azərbaycanda kitabxanaçılıq sənətinin inkişafı XI əsrə aid edilir. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdır.    Kitab nəşrinin müasir səviyyəsi Azərbaycanda böyük dövlət nəşriyyatları ilə bərabər, özəl nəşriyyat şəbəkəsi də fəaliyyət göstərir. Belə ki, “Azərnəşr”, “Maarif”, “Gənclik”, “Azərbaycan”, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi kimi dövlət nəşriyyatları ilə birgə 150-dən çox özəl nəşriyyat evləri kitab çapı və digər poliqrafiya işləri ilə məşğuldur.. Statistikaya görə, hər il ölkədə müxtəlif elm sahələrinə aid 3000 addan çox kitab və kitabça buraxılır.    Devamı

Xan Şuşinski - Qarabağ Şikəstəsi

2013-08-19 18:42:00

REAL   AZƏRBAYCAN   ADİL   İLƏ... Devamı

XAN ŞUŞİNSKİ

2013-08-19 08:37:00
XAN ŞUŞİNSKİ |  görsel 1

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) (20 avqust 1901, Şuşa — 18 mart 1979) — xanəndə, Azərbaycanın xalq artisti (1943).   Həyatı   Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. 1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılar... Devamı

ZƏRGƏRLİK

2013-08-19 18:05:00
ZƏRGƏRLİK |  görsel 1

XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar əsasən döymə, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.  Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biridir. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi. Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir.  Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.  Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlığın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir.      ... Devamı

MİSGƏRLİK

2013-08-19 07:58:00
MİSGƏRLİK |  görsel 1

Azərbaycan misgərliyin mərkəzlərindən biri olub. Bu ərazisində tapılan ilk mis əsaslı metal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə.VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarmışdı. Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlanılan misdən hazırlanan nümunələr bir daha sübut edir.  1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. XIX və XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları mis məmulatları müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilmiş və mükafatlandırılmışdır (1850-ci ildə Zaqafqaziya diyarı əsərlərinin sərgisi, 1873-cü il Ümumdünya Vyana sərgisi).  Maraqlı faktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını buraya həkk etdikləri üçün dünya muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil.  Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları.  Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olmuşdur. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilmişdir. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çır... Devamı