ÇİNİ QABLAR

2013-08-19 17:46:00
ÇİNİ QABLAR |  görsel 1

Çini-keramika   Adından məlum olduğu kimi çini (farfor) qabların vətəni Çindir. Çini (Farfor) qar kimi ağ rəngdə olur və bir az işıqlıdır. Saxsı məmulatla müqayisədə onlar istiliyə davamlı və örtükləri dözümlüdür. Kənarlarından asta zərbə zamanı dəqiq davamiyyətli səs verir.    Tarixi   Farforun hazırlanması tarixi miladın VII əsrinə gedib çıxır. Çini qabların ixtirası dulusçuluqda mühüm addım idi. Lakin çinlilər bir çox ixtira və kəşfləri kimi, çininin də hazırlanması texnologiyasını gizli saxlayırdılar. Bunun nəticəsi idi ki, çini qablar ilk zamanlarda çox da geniş yayılmamışdı. Farforun Çində ixtira olunması təsadüfi deyildir. Burada gil materialının ən yaxşı növünü almaq üçün zəngin təbii ehtiyatlar var idi. Farslar Çin imperatorunu "Faqfur" adlandırırdılar ki, bu da "allahın oğlu" mənasını verir. Buradan da həmin söz Şərq və Qərb ölkələrində yayılmışdı. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda farfor qablara sonradan çini qablar (yəni çin qabları) adı verilmişdir. Çinlilərin bu sirri XVIII əsrdə Avropada bəlli oldu. Qısa müddətdə farfor istehsalı bütün ölkələrə yayıldı. Türk çini sənətinin tarixi isə ilk müsəlman türk dövlətlərindən Qaraxanlılara qədər gedib çıxır. Böyük Səlcuqlular və Anadolu səlcuqluları çinidən memarlıq sənətində çox istifadə etmişlər. Osmanlı dövlətinin yaranması ilə çini sənətində yeni dönəm başlanmışdır. İlk Osmanlı dönəmində Bursa Yaşıl məscid və türbəsində (1421), Bursa Muradiyə məscidində (1426), Ədirnə Muradiyə məscidində (1433) və Çinili köşkündə (1472) çinidən istifadə olunmuşdur. Bunlar əsasən mozaik və boya i... Devamı

Arif Babayev and Islam Rzayev

2013-07-25 11:15:00

 "ŞUR" MUĞAMI - İFA EDİRLƏR AZƏRBAYCANIN KLASSİK XANƏNDƏLƏRİ : ARİF BABAYEV VƏ İSLAM RZAYEV.  Devamı

Reshid Behbudov - Ana

2013-07-25 10:23:00

Devamı

ARİF BABAYEV - AZƏRBAYCANIN XALQ ARTİSTİ

2013-07-25 10:06:00

Arif Babayev - Azərbaycanın dünya şöhrətli xanəndəsi. Devamı

ARİF BABAYEV - AZƏRBAYCANIN XALQ ARTİSTİ

2013-07-25 09:57:00
ARİF BABAYEV - AZƏRBAYCANIN XALQ ARTİSTİ |  görsel 1

Xanəndə Arif Babayev  Azərbaycanın Xalq artistidir, professordur, Milli Konservatoriyanın muğam kafedrasının müdiridir.   Həyatı   Arif İmran oğlu Babayev mart ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Xanəndə, xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdudur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Seygah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərd... Devamı

RƏŞİD BEHBUDOV - DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN MÜĞƏNNİSİ

2013-07-25 09:38:00
RƏŞİD BEHBUDOV - DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN MÜĞƏNNİSİ |  görsel 1

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) — Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstannın xalq artisti, Gürcüstannın əməkdar incəsənət xadimi.   Həyatı   Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.[1] Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Rəşid Behbudova həsr olunmuş poçt markası vardır. 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Oper... Devamı

XƏTTATLAR

2013-07-03 20:52:00

  Xəttatlar   Xəlvəti Xacə Əbdürrəhim  Xəlvəti Xacə Əbdürrəhim XV əsr məşhur Azərbaycan xəttatıdır. Məşhur xətt ustası Mövlanə Şəmsəddin Məhəmmədin oğludur. Klassik xətt növlərindən xüsusilə,süls xəttinin mahir ustası kimi tanınıb. Xəttatlıq sənətinin görkəmli nümayəndələri Nemətulla Bəvvab və Cəfər Təbrizinin müəllimi olub.   Süleyman Xəttablı   Süleyman Xəttablı XVI əsr tanınmış xəttatıdır. Əmircan məscidinin kitabəsini hazırlayıb.   Mirzə Mehdi   Mirzə Mehdi XIX əsr xəttatıdır. Goranboyun Rəhimli kənd qəbristanlığında Səbir türbəsinin daş kitabını işləyib.   Gülxan Bəydəmir   Daş üzərində oyma sənəti ilə məşğul olan Gülxan Bəydəmir bu sahədə öz davamçılarını yetişdirib. O, əsasən daşların üzərindəki xətt yazı sənəti, yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənəti ilə maraqlanıb.  Gülxan Bəydəmir 1970-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə (ADRM) qəbul olub. 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində ilk sulu boya (fərdi) sərgisini açıb. 1972-ci ildə Xabarovski vilayət rəssamlarının rəsm sərgi və yarışmasında ikinci yeri qazanıb. 1976-cı ildə Rəssamlıq Məktəbini bitirdikdən sonra sərbəst rəsm çalışmaları ilə bir çox sərgilərdə iştirak edib.  1995-ci ildə Türkiyəyə gedərək orada İslam təsəvvüfü ilə tanış olub və eyni zamanda xətt ustalarından dərs alıb. 2006-cı ildə Bakıda fərdi xətt sərgisini açıb. 2007-ci ildə Almaniyada və Avstriyada sərgilərini açdı. Gülxan Bəydəmirin bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb.  2006-cı ildə İstanbulda keçirilən xətt yarı... Devamı

XƏTTATLIQ HAQQINDA

2013-07-03 20:35:00
XƏTTATLIQ  HAQQINDA |  görsel 1

  Xəttatlıq haqqında   İslam aləmi tərəfindən mənimsənib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. İncəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olub. İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq hazırda İslamın simvolu kimi qəbul edilir.  Xəttatlıq İslam tarixinin ən ilkin mərhələsində yaranıb. Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlayıb. İslam dinində canlıların surətini yaratmaq qadağan olduğuna görə, yazı sənəti daha çox inkişaf edib. Allahın kəlamına duyulan hörmət və Quranı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarıb. Buna bağlı olaraq təzhib, əbru və cild sənətləri meydana gəlmiş, hətta kağızçılıq, mürəkkəbçilik belə bir sənət qolu halına gəlib çıxıb.  Xəttatlıq İslamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq, savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. Xəttatlıq əvvəllər daha çox kitab yazılmasında istifadə edilib. Xətt sənəti daha sonralar memarlıqda istifadə edilməyə başlanılıb.  Xəttatların fəaliyyəti nəticəsində ərəb əlifbasının 6 əsas xətt n&oum... Devamı

NƏQQAŞLAR

2013-07-03 20:27:00

Nəqqaşlar Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin müxtəlif mərhələlərində ad alan azərbaycanlıların hamısı haqqında ətraflı məlumat saxlanmayıb. Məsələn, XIX əsrdə Şamaxıda Mirzə Cəfər, Şuşada - Usta Qurban Qarabaği ad qazanmışlar. Amma onlar haqqında təfərrüatlı tarixi bilgilər qalmayıb. Orta əsrlər Azərbaycanında tanınmış nəqqaşlardan bəziləri haqqında qısa məlumatlar bunlardır:   Mir Möhsün Nəvvab   Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Mir Möhsün Nəvvabın rəssamlıq məharəti «Teymurun portreti» (akvarel, 1902) tablosunda öz ifadəsini tapmışdır.    Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi   Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. Sonradan bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsil almışdır. O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdə... Devamı

NƏQQAŞLIQ HAQQINDA

2013-07-03 20:18:00
NƏQQAŞLIQ  HAQQINDA |  görsel 1

  Nəqqaşlıq haqqında   Nəqqaşlıq – hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ -tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə əsasən məişət əşyalarının bəzək işlərində tətbiq edilir. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib.  Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. Nəqqaşlar ya mexaniki üsulla, ya da əl ilə işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən nəqqaşlar həm də rəssam və xəttat olurlar.  Hələ qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etməyi öyrəniblər. Keçmişdə materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər. Bu zaman şəkil (və ya yazı) materiala üzə çıxıntılı (relyefli), yaxud da materialın dərinliyinə hopmuş formada həkk oluunb.    Nəqqaşlıq janrları   Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra basma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş təsvirlərə - litoqrafiya, ağac üzərində həkk olunmuş təsvirlərə isə ksiloqrafiya deyilir. (“lito” yunanca daş, “ksilo” ağac deməkdir). Müasir dövrdə nəqqaşlıqda əsasən kitab qrafikası (kitabların tərtibatı), dəzgah qrafikası (bir nüsxədə yaradılan əsərin çoxaldılması), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, certyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri və s.) istifadə olunur. Hazırda nəqqaşlığın sənaye üsulundan daha çox istifadə edilir. Qəribə səslənsə də açıqçalar, dəvətnamələr, sənaye məhsullar... Devamı

BÜLBÜL - AZƏRBAYCAN PROFESSİONAL VOKAL MƏKTƏBİNİN BANİSİ

2013-06-15 23:24:00
BÜLBÜL - AZƏRBAYCAN PROFESSİONAL VOKAL MƏKTƏBİNİN BANİSİ |  görsel 1

Bülbül (müğənni) Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) – (22 İyun 1897, Xanbağı, (Şuşa) – 26 Sentyabr 1961, Bakı) – Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. Murtuza Məmmədov 22 İyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi,Delliponti və R. Qraninin sinfini) bitirib Vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. 1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun ... Devamı

NİYAZİ - AZƏRBAYCANIN MƏŞHUR DİRİJORU VƏ BƏSTƏKARI

2013-06-15 23:10:00
NİYAZİ - AZƏRBAYCANIN MƏŞHUR DİRİJORU VƏ BƏSTƏKARI |  görsel 1

Niyazi Tağızadə – Hacıbəyov (Knyaz Hacıbəyov) – məşhur azərbaycanlı dirijor və bəstəkar Həyatı Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat etmişdir. "Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir. Ailə faciəsi Dahi sənətkar, maestro Niyazinin ailə faciəsi oğulluğu Ceyhunla bağlıdır. Niyazi və onun həyat yoldaşı Həcər xanımın övladları olmadığından yaxın qohumlarından birinin uşağını oğulluğa götürürlər. Böyük sevgi ilə qəbul olunan bu oğlan böyüdükcə onların bu hissini peşmançılıqla əvəzləyir. Ceyhun onların başına min bir oyun gətirir. Narkotik aludəçisinə çevrilərək evdəki bütün qiymətli əşyaları oğurlayaraq satır. Günlərin birində isə ən dəhşətli hadisə baş verir. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini ala bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu b... Devamı

FİKRƏT ƏMİROV - AZƏRBAYCANIN GÖRKƏMLİ BƏSTƏKARI

2013-06-15 22:58:00
FİKRƏT ƏMİROV - AZƏRBAYCANIN GÖRKƏMLİ BƏSTƏKARI |  görsel 1

Fikrət Əmirov (22 noyabr, 1922-ci il, Gəncə- 20 fevral, 1984-cü il, Bakı) – görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti (1965), SSRİ Dövlət Mükafatı laureatı (1949, 1980). Həyatı Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniylarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-59) vəzifələrində çalışıb. Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaratmışdır. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini... Devamı

Təkəlduz

2013-06-08 15:16:00
Təkəlduz |  görsel 1

  Özünəməxsus dekorativ sənətlərdən biri də təkəlduzdur. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Azərbaycanın qədim diyarı Şəki şəhəri olmuşdur.  Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi.  Hərfi mənada "tək əllə düz" mənasını verən bu işlə əvvəllər daha çox kişilər məşğul olardılar. Belə ki, uzaq səfərdə və ya həbsxanalarda olanlara evlərinə məktub yazmağa icazə verməyəndə təkəlduzdan istifadə ediblər. Bu tikiş növündə hər bir bəzək hansısa söz birləşməsini ifadə etdiyindən, bir neçə işarə ilə geniş cümlələri öz ailələrinə "yazıb" göndərə biliblər. Qədim el sənəti olan təkəlduz qara məxmərin, yun parçanın üzərində yalnız bir əllə toxunur. Amma qobelen üslubunda olan tikmələr kətan parçaların üzərində işlənir. Təkəlduz incəlik və vaxt tələb edən sənətdir. Bəzən bir əsər 3-4 aya başa gəlir. İşləmələrdə ipək saplardan istifadə olunur. Əsasən araxçınlar, çantalar, balınc üzləri, süfrələr hazırlanır. Devamı

Şəbəkə

2013-06-08 15:14:00
Şəbəkə |  görsel 1

  XVIII əsrdə inşa edilmiş Şəki Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur. Şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər. Hazırda Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur. Otellər, abidələr üçün sifarişlər də şəbəkə ustaları tərəfindən qəbul olunur.  Bakıda Təzəbəy hamamındakı şəbəkə işləri usta Soltanın əməyidir. Şəkinin tanınmış şəbəkə ustalarından biri də Tofiq Rəsulovdur. O, bu peşəni atasından öyrənib və bu günə qədər bu sənətlə məşğuldur. Devamı

Dulusçuluq

2013-06-08 15:10:00
Dulusçuluq |  görsel 1

  Dulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşədir. Dulusçuluq istehsalatın üç istiqamətini əhatə edir: Adi tikinti kərpicinin istehsalı; Müxtəlif gil qabların və istehsalat məmulatlarının (odadavamlı kərpic, kafel, saxsı boru və s.) istehsalı; Fayans və farfor məmulatlarının istehsalı.   Azərbaycanda dulusçuluğun tarixi Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalınm ən qədim sahələrində olub, bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Əvvəllər əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdir. Orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallanna qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfıyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kül rələrinin kutləvi şəkildə tətbiq edilməsi yüksək keyfıyyətli saxsı məmulatınının istehsalı üçün daha əlverişli şərait yaradırdı. Bu dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirəsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlu materiallar aşkar edilmişdir. Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ər... Devamı

Azərbaycanda bədii metal sənəti

2013-06-08 15:04:00
Azərbaycanda bədii metal sənəti |  görsel 1

  Qədim zamanlardan qiymətli faydalı qazıntılarla zəngin olan Azərbaycan torpağı tarixən bu ərazidə xüsusi sənətlərin inkişafına böyük imkanlar açmışdır. VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankatuklu öz əsərində Qafqaz Albaniyasının təbii zənginlikləri və faydalı qazıntıları haqqında məlumat verir. Tarixçi buradakı müxtəlif növ metalların istehsalından bəhs edir: “Bu gözəl ölkədən axan Kür çayında xeyli miqdarda müxtəlif balıqlar var... Dağlarda qızıl, gümüş, mis və sarı boyaq çıxarılır...”. Bu gün həmin qədim tarixə ölkənin müxtəlif ərazilərindən tapılmış unikal nümunələr də şahidlik edir. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan hazırlanmış belə sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir. Bu inkişafın mühüm bir mərhələsi misin kəşfi ilə bağlıdır. Azərbaycanda eneolit dövründə mis tapıldıqdan sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başladı. Ölkə ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri hazırlayırmış. Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsinə və bəzən çox orijinal formalarda olmasına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar. Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz ... Devamı

Video Azerbaycan Milli Geyimi

2013-06-03 08:14:00

Link : video.azerbaijans.com Devamı

Azərbaycanın milli geyimləri

2013-06-03 08:00:00
Azərbaycanın milli geyimləri |  görsel 1

KİŞİ GEYİMLƏRİ Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi. Çuxa - içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır. Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları aiddir. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür. Ornamentin ən sadə ünsürlərinə - düz və sınıq xətlər, ziqzaqlar, dairələr, üçbucaqlar, kiçik romblar, nöqtə ornamentinə erkən bürünc (Azərbaycanda e.ə. III minilik) dövrünə aid saxsı qablar üzərində rast gəlmək olar. Bu, Azərbaycan xalqının qədim naxış qoyma sənətinin analoqudur. Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulayıb. İngilis səyahətçisi - tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi". XIX əsrin sonu - XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. A... Devamı

Azərbaycanın milli geyimləri

2013-06-03 07:53:00
Azərbaycanın milli geyimləri |  görsel 1

LƏBBADƏ - ÇİYİNÜSTÜ ÜST GÖDƏKÇƏSİDİR Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi. Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi.  Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.  Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi.  Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi.  Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər. Kişi milli üst geyimi - üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.  ... Devamı

Azərbaycanın milli geyimləri

2013-06-03 07:42:00
Azərbaycanın milli geyimləri |  görsel 1

ÇƏPKƏN - ÜST GEYİMİ Azərbaycan xalqının tarixi və milli mədəniyyətilə bağlı əsas atributlarından biri də milli geyimlərdir. Bu növ ona görə unikaldır ki, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq geyimlərdə öz əksini tapıb.  Azərbaycan XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.  Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfini əks etdirirdi. Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. Azərbaycan qadın geyimi XIX əsrdə, XX əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarətdir. Qadın çiyinüstü geyimi üst köynəyi, arxalıq və çəpkən dəstidir. Üst köynəyinin  üz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və ipək parçalardan tikilirdi. Çəpkən - çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.     ... Devamı

Huseyn Abdullayev - Mənim Ölkəm

2013-05-27 15:24:00

..."Sizlərə təqdim etdiyim “Mənim Ölkəm” əsərini Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə ithaf edirəm. Cümhuriyyət Günümüz mübarək!” Devamı