Qara Qarayev

2013-05-20 16:22:00
Qara Qarayev |  görsel 1

  Qara Qarayev (5 fevral 1918 — 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. SSRİ Xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir.   Həyatı    Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.[1] 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuş, 1941–ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944–cü ildə Azərbaycan Bəstakarlar İttifaqının idarə heyəti sədrinin müavini və yenidən 1946-cı ilədək Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşd... Devamı

Soltan Hacıbəyov

2013-05-20 16:08:00
Soltan Hacıbəyov |  görsel 1

  Soltan Hacıbəyov - bəstəkar, pedaqoq, SSRİ xalq artisti (1973).   Həyatı    S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur. S.Hacıbəyovun yaradıcılıq siması aydınlığı, dünyagörüşünün saflığı, şairanəliyi ilə fərqlənir. S.Hacıbəyov musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Onun musiqisində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir. S. Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. (F. Əmirov, S. Hacıyev, Niyazi, S. Rüstəmov). Öz yaradıcılığında onlar Ü. Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S. Prokofyevin, D. Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. S. Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S. Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü. Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyasıdır. "Qızıl gül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konse... Devamı

Üzeyir Hacıbəyov

2013-05-20 15:23:00
Üzeyir Hacıbəyov |  görsel 1

  Üzeyir Hacıbəyov   Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940),Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).   Həyatı   Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya ... Devamı

EUROVISION - FARİD MAMMADOV ( FƏRİD MƏMMƏDOV )

2013-05-18 21:59:00
EUROVISION - FARİD MAMMADOV ( FƏRİD MƏMMƏDOV ) |  görsel 1

EUROVISION - FARİD MAMMADOV ( FƏRİD MƏMMƏDOV ) Devamı

Rashid Behbudov - AYRILIK

2013-05-17 20:46:00

http://youtu.be/lSkedDfbEsM Devamı

Limanlar piano version

2013-05-17 17:15:00

Devamı

AZƏRBAYCANDA OPERA TARİXİ

2013-05-17 16:52:00
AZƏRBAYCANDA OPERA TARİXİ |  görsel 1

  Opera Bakıda ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir. Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Həmin kollektiv yalnız Rusiyanın müxtəlif şəhərlərində deyil, həmçinin Avropada,Amerika, Asiya və Afrikada da tanınmışdı. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev - Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər. İki dəfə 1889-cu ilin dekabrında isə Tbilisi opera artistlərinin qastrol konsertləri olmuşdur. 19 gün ərzində 19 tamaşa göstərilmişdi, onlardan 15-i opera əsəri (11-i qərbi Avropa bəstəkarlarının, 4-ü isə rus bəstəkarlarının əsəri) idi. Tbilisidən orkestr, xor, balet və dekorasiyalarla birgə bütün truppa hey'əti gəlmişdi. Tiflis truppası artistlərinin çıxışları çox hərarət və rəğbətlə qarşılandı. O zaman "Kaspi" qəzeti (23/XVI.1889) yazırdı: "Bakıya operanın gəlişi bir daha sübut etdi ki, zəka, duyğu və zövq üçün teatr nə dərəcədə vacibdir". Kütlələrin operaya olan marağı heç də Azərbaycan paytaxtı sakinlərinin musiqi zövqünə zidd deyildi. Bütün bunlar gələcəkdə Azərbaycanda opera incəsənətinin təsdiqinə ümid yaradırdı. 90-cı illərdə Bakının teatr həyatı çox rəngarəng və maraqlı olmuşdur. Buraya çoxlu kollektivlər və artistlər gəlirdilər: Tiflis opera truppası, Peterburq balet artistləri truppası, V.N.Lyubimovun truppası (Dirijorlar – V.S.Plotnikov və B.A.Truffi ilə), məşhur opera müğənniləri – F.İ.Şalyapin, N.N.Fiqner, E.K.Mravina, D.Borqi, L.Nikitina, A.V.Sekar – Rojanski və b. K... Devamı

Uzeir Hacibeyov _ Arazbari

2013-05-17 16:21:00

Devamı

O olmasın, bu olsun - filmi, 1956-ci il

2013-05-18 09:42:00

" O OLMASIN, BU OLSUN "  AZƏRBAYCANIN  BƏDİİ  MUSİQİLİ - KOMEDİYA FİLMİ https://youtu.be/2WOylyIumeM Devamı

Bul bul - Sensiz

2013-05-17 13:37:00

Devamı

Sevgili Canan

2013-05-17 13:35:00

Devamı

Müslüm MAQOMAYEVİN "SAH İSMAYIL" OPERASI - 1978 - ci il

2013-05-17 13:32:00

MÜSLÜM MAQOMAYEVIN "ŞAH İSMAYIL" OPERASI - 1978 - Cİ İL https://youtu.be/nki8Zxazdco Devamı